• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 892
— 05.06.2015 15:43

Gəncədə “Karyerada İlk Addım” adlı növbəti məzun yarmarkası keçirilib

Yarmarka Azərbaycan Texnologiya Universitetini bu il bitirən və əvvəlki illərin məzunları üçün nəzərdə tutulub.  

Gəncə şəhər Məşğulluq Mərkəzi və Azərbaycan Texnologiya Universitetinin birgə təşkil etdiyi əmək yarmarkası şəhərin əsas meydanında baş tutub.  Yarmarkada  respublikanın müxtəlif regionlarında  fəaliyyət göstərən 50-yə yaxın müəssisə, təşkilat və özəl şirkətlər iştirak edib. 1000-ə yaxın məzunun qatıldığı yarmarkaya 600-dən çox boş iş yerləri çıxarılıb. Yarmarkada AzTU ilə yanaşı, digər ali təhsil ocaqlarının məzunları da iştirak ediblər.

Bununla da bu il məzunların işlə təmin olunması üçün nəzərdə tutulan əmək yarmarkaları başa çatıb. Oktyabrın 5-də isə şəhər Məşğulluq Mərkəzi tərəfindən Gəncə üzrə işsiz vətəndaşların işlə təmin olunması üçün analoji tədbir keçiriləcək.

Məlumat üçün bidirək ki, bu il Azərbaycan Texnologiya Universitetini 17 ixtisas üzrə 486 məzun bitirib. Yarmarkanın sonunda tələbələrinin əl işlərindən ibarət rəsm əsərlərinin satış sərgisi də keçirilib.

Elton Cabbarlı