• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 798
— 05.06.2015 11:02

Qazaxda qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işlər aparılır

Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, yeni mənzillərlə təmin edilməsi üçün əksər bölgələrdə olduğu kimi Qazaxda da işlər aparılır. Bu məqsədlə bir neçə ay öncə rayonda müasir standartlara cavab verən çoxmərtəbəli binaların tikintisinə başlanılıb. 10 hektar sahəni əhatə edən tikinti meydançasında 10 yaşayış binası, məktəb, bağça, tibb məntəqələri tikilərək sakinlərin ixtiyarına veriləcək. Qazaxbəyli kəndi ərazisində inşa edilən yeni binalarda Qazaxda müxtəlif yerlərdə məskunlaşan 300-dən çox məcburi köçkün ailəsi yaşayacaq. Qazax rayon İcra Hakimiyyətindən verilən məlumata görə, yeni salınan şəhərcikdə ilk olaraq yataqxanalarda, digər ictimai binalarda məskunlaşan qaçqınlar və məcburi köçkünlər yerləşdiriləcək.