• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1769
— 04.06.2015 15:46

Bakı-Qazax avtomagistralının kənarını “bəzəyən avtosərgi” sürücülər üçün təhlükə törədir

Avtobus, Kamaz, VAZ markalı avtomobillər Bakı-Qazax avtomagistralının kənarını “bəzəyir”. İrili-xırdalı yük, sərnişin maşınları sanki avtosərgini xatırladır. Satışa çıxarılan iritutumlu maşınlar yola çox yaxın dayanırlar. Magistral yolun Tovuz, Ağstafa rayonlarının ərazisindən keçən hissəsində satışı həyata keçirilən bu nəqliyyat vasitələri uzun müddət burada qalaraq sürücülər üçün təhlükə törədir. Gecə saatlarında daha çox problem yaradan bu cür avtomobillər ani diqqətsizliyə səbəb olur ki, bu zaman da yol qəzalarının baş verməsi ehtimalı artır. Sürücülər iritutumlu avtomobillər üçün müvafiq yerlər ayrılmasını, satışın da orada təşkil olunmasını tələb edirlər.