• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1961
— 04.06.2015 16:02

Gəncə Heydər Əliyev Mərkəzində sosial sahibkarlıq və sosial sahibkarların inkişafı ilə bağlı tədbir keçirilib

Çıxış edənlər Azərbaycanın son illər sürətli iqtisadi inkişafı, bu inkişafda sosial müəssisələrin rolundan danışıblar. Qloballaşan dünyada İKT-nin inkişafı da bu sürətə öz təsirini göstərir. Akademik Urxan Ələkbərov “İnnovativ idarəetmə”, “Azərbaycanın innovativ inkişafında insan potensialının rolu”, “Səhiyyə və idman”, “Mədəni irsin qorunması”, “Sosial təhlükəsizlik və sosial rifah” başlıqları ilə məruzə edib. Bildirib ki, bu gün Azərbaycanın inkişafı onu Sovet ölkələri ilə deyil, G7 güc dövlətləri ilə müqayisə etməyə imkan yaradır. Sürətli iqtisadi inkişaf ölkəmizin adını həmin dövlətlər sırasında birinci edib.