• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2220
— 04.06.2015 15:48

Gəncə şəhərində su pulunu ödəməyən abonentlərə qarşı reyd keçirilir

“Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti bəzi abonentlərə qarşı ciddi tədbirlər görməyə hazırlaşır. Söhbət işlədilən suyun müqabilində dövlətə olan borcun qaytarılmasından gedir. İndiki vəziyyətdə “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti satdığı suyun dəyərini yığmaqda problemlər yaşayır. Təkcə son bir ayda satılan suyun yalnız 60%-nin dəyəri toplanıb. Artıq reydlərə də start verilib və su pulunu ödəməyən abonentlərə suyun verilməsi dayandırılır. Bundan əlavə, su xətlərinə qeyri-qanuni qoşulmalar edən sakinlər də qanun çərçivəsində cərimələnəcək.

İlqar Nağıyev– “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin direktor müavini: “Azərsu olaraq biz Gəncə sakinlərindən xahiş edir və yeri gələndə tələbimiz odur ki, əhaliyə satdığımız suyun, eləcə də çirkab su xəttinin istifadəsinə görə suyun pulunu ödəsinlər. Necə ki, bu gün şəhərdə qaza, işığa görə ödəniş edirlər, suya görə də ödənişlərini vaxtında etsinlər”.