• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1497
— 04.06.2015 14:28

Qərb bölgəsində taxıl biçininə hazırlıq məqsədilə texnikalar hazır vəziyyətə gətirilir

KepezTV Player

Bu il qərb bölgəsində taxıl biçini zamanı fermerlər texnika sarıdan əziyyət çəkməyəcəklər. Bu barədə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir Regional Nümayəndəliyindən məlumat verilib.

Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Şəmkir rayonlarında əkin sahələrində dənli bitkilərin yığılmasına hazırlaşan Şəmkir Regional Nümayəndəliyi biçin işlərini ümumilikdə 50-yə yaxın kombayın vasitəsilə həyata keçirməyi planlaşdırır. Cəmiyyət fermerlərin müraciətlərinin artmasını nəzərə alaraq yığımı itkisiz və daha məhsuldar aparmaq üçün kombaynların 30-nu yeniləyib. Avropa istehsalı olan yeni texnikalar sahələrdən taxıl yığımını sürətli aparmaqla yanaşı, iş qabiliyyəti daha keyfiyyətlidir.

Azər Əliyev- “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir Regional Nümayəndəliyinin müdiri: "Bu rayonlarda işlənmiş, köhnə kombaynlar, yəni NİVA markalı texnikalar, həmçinin ötən il yeni alınan kombaynlar tam hazırlıq vəziyyətinə gətirilib. Bu kombaynlar vasitəsilə 1000 hektarlarla sahələrin biçilməsini qarşımıza məqsəd qoymuşuq".

Regional Nümayəndəlik qərb bölgəsi ilə yanaşı aran regionunun fermerlərinin sifarişləri əsasında Ağcabədi, Beyləqan, Kürdəmir, Ucar və digər rayonlarda da biçin işlərini aparmağı da planlaşdırır.

Xaliq Qurbanlı