• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 832
— 03.06.2015 17:22

Azərbaycan Dövlət Aqrar Universitetində Bakı-2015 Avropa Oyunlarına həsr olunan yığıncaq keçirilib

Məqsəd Azərbaycanı Avropa və dünyaya daha yaxından tanıdacaq Avropa Oyunlarına dəstək nümayiş etdirməkdir.

Tədbirdə Bakı-2015 Avropa Oyunlarının ölkə üçün əhəmiyyəti, onun siyasi və iqtisadi tərəfləri müzakirə olunub. Bildirildi ki, ilk Avropa oyunlarının məhz Azərbaycanda keçirilməsi heç də təsadüfü deyil. Bu, Azərbaycanın bütün dünyada artan iqtisadi və siyasi gücünün göstəricisidir. Vurğulanıb ki, bu yarışlar Azərbaycanın beynəlxalq arenada  artan nüfuzuna əlavə təkan verəcək.

İbrahim Cəfərov- ADAU-nun rektoru: “Oyunlar Azərbaycana nə verəcək? Oyunlar Azərbaycana 1-ci növbədə siyasi divident verəcək. O, Azərbaycanın tanınmasını təmin edəcək. Azərbaycanın mətbəxini, mədəniyyətini və Azərbaycan həyatının bütün sahələrini və insanını bütün dünyaya tanıdacaq. Bu nöqteyi nəzərdən də mən hesab edirəm ki, oyunların ölkəmizdə keçirilməsi nəinki, dövlətimiz üçün o bizim dostlarımız üçün də böyük hədiyyədir”.

Tədbirdə Bakıda keçirilən  Tələbələrin Azad Sahibkarlıq Fəaliyyəti üzrə 10- cu milli çempionatında iştirak edən universitetin ENACTUS komandasının 1-ci yer tutması da qeyd edilib. Komanda üzvlərinə universitet rəhbərliyi tərəfindən  qiymətli hədiyyələr və pul mükafatları təqdim olunub. Qeyd edək ki, qalib komanda bu ilin oktyabrında Cənubi Afrika Respublikasında “Biznes yanaşmaları və onların sahibkarlıq fəaliyyətində necə iştirak etməli” adlı yarışda ölkəmizi təmsil edəcək.

Elton Cabbarlı