• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2035
— 03.06.2015 15:29

Samuxda uşaq musiqi məktəblərinin fəaliyyəti diqqət mərkəzindədir

Samuxda uşaq musiqi məktəbləri tədris ilinə yekun vurublar. Samux şəhər uşaq musiqi məktəbi 74 məzunu yola salıb. Bu gün məktəbdə ilin yekun tədbiri keçirilib.

Samux rayon İcra Hakimiyyəti, eləcə də rayon mədəniyyət və turizm şöbəsi rəsmilərinin qatıldığı tədbirdə uşaq musiqi məktəbinin illik fəaliyyətinə nəzər salınıb. 42 il əvvəl yaradılan Samux şəhər uşaq musiqi məktəbində müxtəlif ixtisaslar üzrə 416 nəfər təhsil alır. Onların sırasında respublika səviyyəli müsabiqələrin qalibləri və mükafatçıları var. Günün tələblərinə cavab verən binada fəaliyyət göstərən musiqi məktəbi ən son alət və avadanlıqlarla təchiz olunub. Məktəb tədris ili ərzində bir neçə görkəmli şəxsiyyətlərin yubileylərinin təşkilinə ev sahibliyi edib.

Ülviyyə Nadirov- Samux şəhər Uşaq Musiqi Məktəbinin direktoru: “Bizim məktəbimiz 1973- cü ildən fəaliyyət göstərir. Məktəbimizdə şagirdlər 10 ixtisas üzrə təhsil alırlar. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi müsabiqə və baxışlarda mütəmadi olaraq çıxış edirik. Bizim musiqi məktəbində tək Samux şəhəri deyil, ətraf kənd və qəsəbələrin şagirdləri də təhsil alırlar”.

Tədbirdə məktəbin xor kollektivinin və digər qrupların çıxışları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Natiq Hüseyn