• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1063
— 03.06.2015 15:27

Gəncədə yaşayan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzillərin verilməsi prosesi davam etdirilir

Növbəlilik əsasında imtiyazlı vətəndaşların hamısı mənzil, eləcə də minik avtomobilləri ilə təmin olunacaq.Statistikaya əsasən, bu gün Gəncədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sayı 450 nəfərdir. İndiyədək onlardan təxminən 350 nəfəri mənzillə təmin olunub. Avtomobil növbəsində duran imtiyazlı şəxslərdən 231 nəfərinə minik maşını verilib. Digər 25 nəfərin isə yaxın vaxtlarda avtomobillə təmin olunması nəzərdə tutulur. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil və avtomobillə təmin olunması prosesi davam etdirilir. Yaxın vaxtlarda yeni mənzillərin verilməsinə başlanılacaq. Artıq mənzillərin siyahısı da dəqiqləşib. Respublikanın 4 şəhərində imtiyazlı şəxslərə 100-dən artıq mənzil veriləcək.

Almaz Aşurov- Gəncə şəhər “Qarabağ əlilləri, veteranları və şəhid ailələri” İctimai  Birliyinin sədri: “Yaxın vaxtlarda növbəti mənzillərin paylanmasına başlanılacaqdır. Bu məqsədlə artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tərəfindən Gəncə şəhərinin müxtəlif ərazilərində mənzillər alınıb və bu mənzillərin təmiri gedir. Yaxın vaxtlarda növbəti etap mənzillər sahiblərinə veriləcək”.

Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən bu kateqoriyadan olan şəxslərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər planı da icra edilir.

Almaz Aşurov- Gəncə şəhər “Qarabağ əlilləri, veteranları və şəhid ailələri” İctimai  Birliyinin sədri: “Bu günə qədər bu kateqoriyadan olan insanların xeyir şər məclislərində şəhər İcra Hakimiyyəti tərəfindən köməklilər olunub. Bu vətəndaşların yaxınları işlə təmin olunub. Son bir ildə 35 nəfər şəhid övladı dövlət və özəl müəssisələrdə işlə təmin olunub”.

Qeyd edək ki, Gəncədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin tikintisinə 1999-cu ildən başlanılıb. İndiyədək Gülüstan qəsəbəsində 30, şəhərin digər ərazilərində 2011-ci ildə 72, 2013-cü ildə 48, 2014-cü ildə isə 81 mənzilli bina tikilərək istifadəyə verilib.