• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1779
— 03.06.2015 15:15

Şimşək çaxacaq, yağış yağacaq

Qərb bölgəsində iyunun 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gəncə Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz  23-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm-dən 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 50-60 faiz təşkil edəcək.

Ramil Qədirov -Gəncə Regional Hidrometeorologiya Müəssisəsinin direktor əvəzi: "Mayın 3 və 4-də Qərb bölgəsində əsasən yağmursuz və tutqun hava şəraiti olacaq. Lakin bəzi yerlərdə şimşək çaxacağı və arabir yağış yağacağı ehtimal olunur. Dağlıq rayonlarda lokal xarakterli yağışlar yağacaq və dolu düşəcəyi proqnozlaşdırılır. Şərq küləyi gücələcək".