• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2259
— 19.09.2014 17:32

Qaradağ rayonunda qanunsuz olaraq odlu silah saxlayan şəxs saxlanılıb

Qaradağ rayonu 38-ci Polis Bölməsinin əməkdaşları qanunsuz odlu silah əldə edib, saxlamaqda təqsirli bilinən şəxsi yaxalayıb. Aşkar olunan silah-sursat isə aidiyyatı üzrə təhvil verilib.

 

Daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Beyləqan rayonunda anadan olan 52 yaşlı Eyvaz Allahverdiyev saxlanılıb. Onun Sahil qəsəbəsində yaşadığı evə baxış zamanı çarpayının altından 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 2 ədəd avtomat sandıqçası, 110 ədəd müxtəlif çaplı avtomat patronu və 1 ədəd tüstü şaşkası aşkar edilərək götürülüb. Saxlanılan şəxs bildirib ki, silah-sursat guya ona dünyasını dəyişən qardaşından qalıb. Saxlanılan şəxs 2000-ci ilin əvvəllərindən əldə etdiyi silah-sursatı evində yatdığı çarpayının altında gizlədib.

 

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Aşkar olunan silah-sursat isə kriminalistik ekspertizaya göndərilib.