• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1467
— 02.06.2015 14:11

Goranboyda həyətyanı təsərrüfatlarda quşlar arasında monitorinqlər aparılıb

KepezTV Player

Respublika ərazisinə xarici ölkələrdən köçəri quşların miqrasiyası və Türkiyədə quş qripinin yayılması riski nəzərə alınaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin tabeli qurumları tərəfindən monitorinqlər həyata keçirilir. Məqsəd virusun yayılmasının qarşısının alınması, eləcə də maarifləndirmə tədbirlərinin görülməsidir.

Goranboy Rayon Baytarlıq İdarəsinin əməkdaşları həyətyanı təsərrüfatlarda quşlar arasında monitorinqlər aparıb. Baytarlar quşların yemlənməsinə, yetişdirilməsinə, satışına və kəsiminə dövlət nəzarətini daha da gücləndiriblər. Tədbirlər planına uyğun olaraq, quşların tam qapalı şəraitdə saxlanması, onların köçəri quşlarla təmasdan qorunması üçün fərdi təsərrüfatlarda maarifləndirici söhbətlər aparılıb, fermerlər quş qripi virusu barədə məlumatlandırılıblar.

Elsəvər Hüseynov- Goranboy rayon Baytarlıq İdarəsinin rəisi: "Bu məqsədlə təsərrüfatlar qapalı şəraitdə işləməlidir. Fərdi təsərrüfatlardakı ev quşları sinatrop quşlarla təmasda olmamalıdır. Hazırda rayon ərazisində diri quşların satılmasına məhdudiyyətlər qoyulub. Satışlar ancaq xüsusi təyin olunan yerlərdə baytarlıq şəhadətnaməsi və sağlamlıq haqqında arayış olduğu təqdirdə icazə verilir."

Rayon ərazisində epizootik vəziyyətin sabit olmasına baxmayaraq, bu ilin ötən dövrü ərzində Goranboyda 400 minə yaxın ev quşunda xəstəliklərə qarşı peyvəndləmə işi aparılıb.

Xaliq Qurbanlı