• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2249
— 19.09.2014 16:14

Xaçmazda bıçaqlanma hadisəsi baş verib

Ötən gün axşam saatlarında Xaçmaz şəhəri ərazisində bıçaqlanma faktı qeydə alınıb. Xaçmaz şəhəri, Xudbəddin Şükürov küçəsi 15 ünvanında yaşayan 26 yaşlı Vüqar Mahmudov bıçaqlanıb. O, boğaz və döş qəfəsindən çoxsaylı bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona boyunun və döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Tibb müəssisəsindən verilən məlumata görə, hazırda yaralının vəziyyəti ağırdır. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Hazırda araşdırmalar davam etdirilir.