• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1388
— 02.06.2015 13:51

ADAU-da “Nə? Harda? Nə zaman?” intellektual oyununun qalibi olan tələbələrlə görüş olub

Azərbaycan Dövlət Aqrar Universitetində müəllim və professor heyəti ilə “Nə? Harda? Nə zaman?” intellektual oyununun qalibi olan ADAU tələbələrinin görüşü keçirilib. Universitet rəhbərliyi əldə olunan qələbə münasibətilə komanda üzvlərini təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb. Görüşün sonunda komanda üzvlərinə qiymətli hədiyyələr və pul mükafatları verilib.

Qeyd edək ki, “Nə? Harda? Nə zaman?” intellektual oyunu mayın 29-da Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə Azərbaycan İntellektual Oyunlar Klubu tərəfindən keçirilib. Yarış Gəncədə fəaliyyət göstərən ali təhsil ocaqları, kolleclər, müxtəlif özəl qurumlar və qeyri-hökumət təşkilatlarının ümumilikdə 15 komandası arasında  təşkil olunub.