• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2218
— 02.06.2015 12:02

Gəncənin Heydər Əliyev Parkında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib

Gəncədə Heydər Əliyev Park-Kompleksinin 10 ha ərazisində açıq havada inşa edilən “GəncLand” İstirahət və Əyləncə Kompleksində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil olunub. Burada uşaq, yeniyetmə və gənclər üçün 30 ədəd müxtəlif attraksion, ayaqüstü şahmat, 7 D kinoteatr, futbol meydançaları, 10 yaşadək uşaqlar üçün nəzərdə tutulan “Uşaq dünyası” meydançası, hər axşam tamaşaların nümayiş ediləcəyi və pulsuz fəaliyyət göstərən amfiteatr mövcuddur. Kompleksin ərazisində körpələr üçün 60 ədəd nağıl personajlarının və heyvanların fiqurları, həmçinin hündürlüyü 50 m. olan “Ətrafa baxış” dairəvi karuseli, “Qalaktika”, “Nəhəng gəmi”, “Avtoralli” kimi atraksionlar da quraşdırılıb.