• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2233
— 19.09.2014 17:09

Salyan polisi külli miqdarda müxtəlif tərkibli narkotik maddələri dövriyyədən çıxarıb

Əməliyyat zamanı qurudularaq qablaşdırılmış 2 kiloqramdan çox marixuana tapılaraq maddi sübut kimi götürülüb.

 

Rayon sakini, 44 yaşlı Elşən Salahovun külli miqdarda narkotik maddə saxlaması və satışı ilə məşğul olması barədə Salyan rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Elşən Salahovun yaşadığı evdən narkotik maddə olan tiryək, həşiş qatranı, 1 ədəd elektron tərəzi aşkarlanıb.

Polis əməkdaşları həmçinin həyətdən kultivasiya yolu ilə becərilmiş çətənə kolları da aşkarlayıblar. Saxlanılan şəxs narkotik maddələri satış məqsədi ilə əldə edib saxladığını və əkib-becərdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlayıb, istintaq davam etdirilir.