• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2228
— 19.09.2014 17:04

Qaxda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb

Qax rayon Polis Şöbəsinin əməkdaşları növbəti uğurlu əməliyyatını həyata keçirib. Keçirilimiş tədbir nəticəsində iki nəfər Qax sakini saxlanılaraq istintaqa cəlb edilib.

Qax RPŞ-nin əməkdaşları rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti axtarış-əməliyyat tədbiri keçirib. Tədbir nəticəsində rayonun Əlibəyli kənd sakini, Canaşvili Vaxtan Matayeviç şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə saxlanılan şəxsin üzərinə baxış keçirilib. Aparılan axtarış zamanı onun üzərindən 3,7 qram narkotik maddə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Vaxtanq Canaşvilinin ətrafında aparılan əməliyyat tədbiri nəticəsində məlum olub ki, o, narkotik maddəni həmkəndlisi Aslanaşvili Martiko Mixayloviçdən alıb. Narkotik vasitəni satan Martikonun yaşadığı evdə və evin həyətyanı sahəsində axtarış-əməliyyat tədbiri aparılıb. Nəticədə həyətyanı sahədə olan yardımçı tikilidən ümumi çəkisi 450 qram olmaqla 3 ədəd polietilen torbada marixuana, əkin sahəsindən isə aqrotexniki qaydada qulluq edilmiş, ümumi çəkisi 1,3 kiloqram olan, 14 ədəd narkotik bitki hesab edilən çətənə kolları aşkar edilib. Nəticədə hər iki şəxs saxlanılaraq Polis Şöbəsinə aparılıb.

Faktla bağlı Qax RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.