Belə ki, aldığı traktorun dəyərinin 60 %-ni ödəmiş olan fermer, istədiyi vaxt, yəni növbədənkənar şəkildə təkrar traktor əldə edə bilər. Bu gün də “Aqrolizinq”in Gəncə Regional Təchizat Bazasında daha 23 fermer traktorla təmin edilib.
Paylanan traktorların 4- ü şəhid ailələrinə təqdim olunub. Texnikanın dəyərinin 40 faizi dövlət hesabına, qalanı isə uzun müddətli kreditlə ödənilir.
Elşən Məmmədov- "Aqrolizinq" ASC-nin sədri: "Traktorun dəyərinin 60 faizinin ilkin olaraq verilməsi vəsaitin yenidən dövriyyəyə buraxılması ilə bağlıdır. 40 faizini dövlət güzəşt edir. Texnikanın dəyərini yeni texnikaların alınmasına sərf edirik".
Hazırda dövlətin bu güzəştlərindən yararlanmaq üçün fermerlər müraciətlərini onlayn formada həyat keçirə bilirlər.
Fermerlərə paylanan traktorlar öz funksionallığı ilə fərqlənir. Traktorların rahat olması fermerlərin daha səmərəli işləməsinə kömək edir.
Bu günə qədər 500-ə yaxın traktor fermerlərə paylanıb. İlin sonuna kimi də daha 600-dək traktorun fermerlərə təqdim olunacağı gözlənilir.
Aidə Ramizqızı
- Baxış: 3462