• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4187
— 01.06.2015 15:50

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gəncə Şəhər Körpələr və Uşaq evlərində tədbir keçirilib

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gəncə Şəhər Körpələr və Uşaq evlərində tədbir keçirilib. Mərasimdə valideyn himayəsindən məhrum olan azyaşlılar öz bacarıqlarını nümayiş etdiriblər.

Gəncə şəhər Səhiyyə İdarəsinin kollektivi hər il olduğu kimi, bu ildə ənənəsinə sadiq qalaraq şəhər Körpələr Evinin sakinləri ilə görüşüblər. Tədbirdə azyaşlılar bu gün münasibəti ilə hazırladıqları şeir, mahnı və rəqslərini təqdim ediblər. Səhiyyə işçiləri hədiyyələrlə körpələri sevindiriblər. Körpələr Evinin baş həkimi Lətifə Kərimova hazırda müəssisədə 3 yaşadək 20 uşağın yaşadığını bildirib və onlara öz arzularını çatdırıb.

Lətifə Kərimova -Körpələr Evinin baş həkimi: "Bu günkü gün münasibətilə mən bütün uşaqları təbrik edirəm və onlara can sağlığı arzu edirəm".

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gəncə şəhər Uşaq Evində də bayram şənliyi keçirilib.

Tədbirdə çıxış edənlər valideyn himayəsindən məhrum olan uşaqlara göstərilən diqqət və qayğıdan danışıblar. Qeyd olunub ki, belə müəssisələrdə onlar üçün yaxşı şərait yaradılıb. Şənlikdə Uşaq Evində məskunlaşan 68 azyaşlı bayram münasibətilə çıxışlar edib. Uşaqlar həmyaşıdlarına öz ürək sözlərini deməyi də unutmayıblar.

Gəncə şəhər Uşaq Evinin sakini: "Bütün uşaqların bayramını təbrik edirəm. Onlara atalı, analı ömür arzu edirəm".

Gəncə şəhər Uşaq Evinin sakini: "İstəyirəm ki, uşaqlar atalı, analı böyüsün. Onlara təhsillərində uğurlar arzu edirəm".

Tədbirdə Kəpəz televiziyasının azyaşlı həmkarına Uşaq Evindən hədiyyə olaraq nağıl kitabları təqdim olunub.

Sədaqət Əliyeva

Xaliq Qurbanlı