• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2068
— 01.06.2015 15:37

“Zirvə”nin qalibi müəyyənləşdi

Kəpəz televiziyasında ikinci mövsümdür ki, yayımlanan “Zirvə” bilik yarışı telelayihəsinin final mərhələsində qaliblər müəyyən olunub. Mövsümboyu oyunlarda 100-dən çox məktəbin şagirdləri iştirak edib.

Azərbaycan təhsilinə töhfə vermək məqsədi ilə Kəpəz Televiziyasında yayımlanan “Zirvə” bilik yarışı telelayihəsinin 2014/2015-ci il mövsümünün final oyunu keçirilib.

 32 yarışdan ibarət olan oyunun finalında Gəncə şəhər 14 nömrəli tam orta məktəblə, Tovuz rayon Mahir Ələkbərov adına tam orta məktəbin şagirdləri biliklərini sınayıblar. Dəqiq və humanitar elmləri əhatə edən suallarından ibarət 3 turluq oyunda qaliblər məlum olub. Şəmkir şəhər Cabir Rüstəmov adına tam orta məktəbin 3-cü, Gəncə şəhər 14 nömrəli tam orta məktəbin 2-ci olduğu yarışda Tovuz rayon  Mahir Ələkbərov adına tam orta məktəb 21 xalla qalibiyyət əldə edib.

Cavanşir Məmmədzadə -aparıcı: “Hər iki komandanın iştirakçıları çox aktivdilər, onlar hətta qrup yarışında belə qarşılaşıblar. Demək olar ki, eyni xal qazanıblar. Sadəcə olaraq sonda Tovuzlular bir az cəld hərəkət etdilər, qalib gəldilər. Bu oyunda aşkar üstünlük Tovuz komandasında idi”.

Əsədli Cavid -Tovuz rayonu Mahir Ələkbərov adına tam orta məktəbin nümayəndəsi: “Burda heç bir səhv bağışlanmazdı. Oyun boyu bir neçə səhvimiz olsa da yaxşı ki, bu məğlubiyyətlə nəticələnmədi”.

Yarışın sonunda Kəpəz Müstəqil Teleradio Şirkətinin təsis etdiyi diplom və hədiyyələrlə yanaşı, verilişin sponsorlarının da hədiyyələri hər 3 komandaya təqdim olunub.

Almaz İbrahimova