• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 6894
— 19.09.2014 16:59

Lənkəranda iki avtomobil toqquşub, bir ailənin 4 üzvü xəsarət alıb

Lənkəranda iki avtomobilin toqquşması ilə nəticələnən yol qəza hadisəsi baş verib. Hadisə nəticəsində bir ailənin 4 üzvü xəsarət alıb.

 

Yol-qəza hadisəsi bügün saat 12:00 radələrində Ələt-Astara magistral yolunun 214-cü km-də, Lənkəran rayonunun Bürcəli qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Bürcəli qəsəbə sakini, 30 yaşlı Elbrus Malıyevin idarə etdiyi “Vaz 2106” markalı avtomobil Astara rayon sakini, 24 yaşlı Zaur Rzayevin idarə etdiyi eyni markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində hər iki avtomobil yararsız hala düşüb, həmçinin sürücü Elbrus Malıyev və idarə etdiyi avtomobildəki ailə üzvləri-həyat yoldaşı Sərməgül, gəlini 22 yaşlı Rufanə, nəvəsi Həsən ciddi bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə qəzanın baş verməsinə səbəb kimi, avtomobillərdən birinin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi  göstərilir. Qəzanın dəqiq başvermə səbəbləri təyin olunan avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.