• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4182
— 01.06.2015 13:18

I Avropa oyunları ərəfəsində Mingəçevirin tibb işçiləri gücləndirilmiş iş rejimində çalışacaqlar

Birinci Avropa Oyunlarında avarçəkmə yarışlarının keçiriləcəyi Mingəçevirin Şəhər Mərkəzi Xəstəxanasında hazırlıq işləri yekunlaşıb. Tibb işçiləri həmin günlərdə gücləndirilmiş iş rejimində çalışacaqlar.  Həkimlər oyunlar zamanı növbəli şəkildə qrafik əsasında işləyəcəklər. Xəstəxananın ilkin tibbi yardım otaqlarına yeni avadanlıqlar və dərman dolabları gətirilib. Qonaqlara və vətəndaşlara yüksək səviyyədə xidmət göstərmək məqsədi ilə oyunlar zamanı Mingəçevirdə 220-yə yaxın təcili yardım işçisi gücləndirilmiş rejimdə çalışacaq. Xəstəxanaya  əlavə olaraq, 5 yeni “Mersedes” markalı təcili tibbi yardım maşını da gətirilib. Mingəçevirdə yarışlar zamanı təcili tibbi yardım xidmətində işləyəcək həkimlər üçün hazırda ingilis dili kursları təşkil olunub.