• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4181
— 01.06.2015 12:57

Türkiyə, Azərbaycan və Gürcüstan silahlı qüvvələrinin xüsusi təyinatlılarının iştirakı ilə birgə hərbi təlimlər başlayıb

Təlimlər Türkiyədə keçirilir və iyunun 10-da yekunlaşacaq. Məqsəd iştirakçı ölkələrin xüsusi təyinatlı qüvvələri arasında dostluq, əməkdaşlıq və koordinasiyanı, birlikdə əməliyyat aparmaq bacarıqlarını inkişaf etdirmək, qarşılıqlı bilgi və təcrübə mübadiləsi həyata keçirməkdir. Təlimdə Türkiyədən bir xüsusi təyinatlı rota, iki helikopter və bir nəqliyyat təyyarəsi, Azərbaycan və Gürcüstanın hərəsindən bir xüsusi təyinatlı rota iştirak edir.