• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4758
— 19.09.2014 16:55

Bakı-Qazax avtomagistralında avtomobil aşıb, 2 nəfər ağır yaralıdır

Kürdəmirdə idarəetməni itirən sürücü avtomobili aşırıb. Nəticədə iki nəfər ağır bədən xəsarətləri alıb.

 

Qəza Bakı-Qazax  avtomagistralının Kürdəmir rayonu ərazisindən keçən  hissəsində baş verib. 47 yaşlı Qabil Atakisiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə Gəncə istiqamətində hərəkətdə olarkən sərt döngədə  idarəetməni itirib. Nəticədə avtomobil  aşaraq yoldan çıxıb. Sürücünün  sözlərinə görə, qəzaya səbəb digər avtomobilin onun qarşısına çıxması olub.

Qəza  zamanı sürücü  və avtomobildə olan sərnişin 20 yaşlı  Xəyyam Fərzəliyev də müxətlif dərəcəli bədən xəsarətləri alıb.Yaralılar Kürdəmir  rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

 

Faktla bağlı  Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.