• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1513
— 01.06.2015 12:34

Ümumrespublika yaşıllaşdırma marafonu çərçivəsində Gəncədə növbəti ağacəkmə aksiyası keçirilib

Aksiyada şəhərin bir sıra idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak ediblər. Heydər Əliyev adına park-kompleksində təşkil olunan aksiyada 3 minə yaxın yeni tinglər əkilib. Həmçinin ağacəkmə ilə yanaşı, aksiya iştirakçıları əvvəllər əkilən ağaclara da xüsusi aqrotexniki qulluq göstəriblər. Ərazi alaq otlarından təmizlənib. Qeyd edək ki, təkcə ümumrespublika yaşıllaşdırma marafonu çərçivəsində qeyd olunan əraziyə 53 min müxtəlif növ ağac əkilib. Ümumilikdə isə son bir il ərzində Heydər Əliyev  park kompleksinə 200 mindən artıq ağac əkilib. Əkilən ağacların suvarılması üçün ərazidə müasir suvarma sistemi yaradılıb.