• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1102
— 01.06.2015 12:30

Gəncənin media nümayəndələrinə müjdəmiz var

Onların çoxdan gözlədiyi “Mətbuat evi” Milli Mətbuat Günü ərəfəsində jurnalistlərin ixtiyarına veriləcək. Qərb regionunda birinci olan bu “Mətbuat evi”nin binasında işlər başa çatıb. Bina  zirzəmi ilə birlikdə 5 mərtəbəlidir və 460 kvadrat metr ərazidə inşa edilib.

Bu bina Gəncədə analoqu olmayan xüsusi layihə əsasında qranit daşı ilə üzlənib. Üzlükdə istifadə olunan şüşələrsə Türkiyədən gətirilib.

“Mətbuat evi” təkcə Gəncənin yox, bütün regionun jurnalistləri üçün mərkəz rolunu oynayacaq. Bina işıq, telefon, internet və istilik sistemi ilə təchiz edilib. “Mətbuat evi”ndə müxtəlif mövzulu mətbuat konfranslarının keçirilməsi, eləcə də Gəncəyə gələn jurnalistlərin istirahət etməsi üçün otaqlar da tikilib. İndi binanın avadanlıqla təchiz olunması qalıb.

Kənan Hümbətov- “Azərmətbuat” yayımın nümayəndəsi: “Binanın avadanlıqlarının hamısı sifariş verilib. Stollarla, stullarla və kompüterlərlə digər avadanlıqlarla hamısı yaxın vaxtda təchiz olunacaqdı. Bina nəzərdə tutulub ki, mətbuatımızın 140 illiyi ərəfəsində sizlərin də iştirakı ilə açılacaqdı”.

Gəncə çayının sağ sahilində, bayraq meydanının arxasında  inşa edilən binanın  həyəti xüsusi dizayna uyğun abadlaşacaq. Burada işıq dirəkləri, oturacaqlar qoyulacaq. Həmçinin həyətdə yaşıllıq salınacaq, ağac və gül kolları əkiləcək.

Elnur Vahidoğlu