• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1102
— 01.06.2015 12:22

Gəncənin qala divarlarının qalıqları aşkar edildi

Qədim Gəncə şəhərinin xarabalığı 1482 hektar sahəni əhatə edən Gəncə Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisində yerləşir. Bu xarabalıqda 1139-cu il zəlzələsindən əvvəl mövcud olan Gəncənin qala divarları və qala bürcünün qalıqlarını görmək olar. Bu ərazidə ilk qazıntı işləri İsaq Cəfərzadə tərəfindən aparılıb. II Dünya müharibəsinin başlaması ilə aparılan işlər yarımçıq qalıb. İlkin qazıntılar nəticəsində arxada görünən qala divarlarının qalıqları aşkar edilib. Burada irimiqyaslı qazıntı işlərinin aparılmasına indi də ehtiyac var. Çünki üzə çıxarılan qala divarları torpaq altına yatan tarixin yalnız cüzi bir hissəsidir.