• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 790
— 01.06.2015 11:34

Atanın hobbisi, oğulun gəlir yeri, nəvənin gələcək planı...

Söhbət Ağstafanın Dağ Kəsəmən kəndində yaşayan Bayramovlar ailəsindən gedir. Kənd sakini Şaiq Bayramov 40 ildən artıqdır müxtəlif cinsli göyərçinlər saxlayır.

Tovuzdan aldığı bir cüt quşu illərdir artıraraq 100-ə çatdırıb. Atasının hobbisini hazırda oğul Rövşən Bayramov davam etdirir. Onun sözlərinə görə, göyərçin saxlamaqla yaxşı qazanc əldə etmək mümkündür. Belə ki, onun bəslədiyi quşların qiyməti 100-150 manat arasında dəyişir.

Şaiq kişi bəzi insanların bu quşları düzgün qiymətləndirə bilmədiyinə təəssüflənir. Hətta elə məqamlar yaranır ki, quşlar satıldıqdan sonra yenidən Ağstafanın Dağ Kəsəmən kəndinə qayıdır.

Göyərçinlərin ən böyük düşməni isə qırğılar hesab olunur. Ani diqqətsizlik bu gözəl quşların məhvinə səbəb ola bilər.

Rahim İbrahimoğlu