• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1520
— 01.06.2015 11:30

DET AL Alüminium Kompleksi ticarət əlaqələrini genişləndirir

KepezTV Player

Müəssisə istehsalın keyfiyyət və kəmiyyətini artırmaqla məşğuldur.Elektroliz, Fasiləsiz metaltökmə və yayma, Təzyiqlə emal və boyama zavodlarından ibarət Det-Al Alüminium Kompleksində ildə 56 min ton məhsul istehsal olunaraq Polşa, İtaliya, Türkiyə, Asiya və Yaxın Şərq ölkələrinə ixrac edilir.

Yalçın Camalov- "DET AL" Alüminium zavodunun icraçı direktoru: “İstehsal fəaliyyətimizin genişləndirilməsilə məşğuluq. İstehsal çeşidlərini artırırıq. Avropa bazarlarına, Rusiya, Belarusiya satışlarımız var. Satış həcmlərimiz artır. Məqsədimiz müştəri məmnuniyyətini əldə etmək və istehsal etdiyimiz məhsulun keyfiyyətini hər keçən gün daha da artırmaqdır.  Bununla bağlı zəruri tədbirlər, treninqlər təşkil edirik. Mühəndis və operatorlarımızın istehsal təcrübələrinin artırılması ilə məşğul oluruq”.

Əsasən külçə alüminium istehsalçısı kimi tanınan müəssisənin yeni planlarına gəlincə...

Yalçın Camalov- "DET AL" Alüminium zavodunun icraçı direktoru: “Belə ki, biz istehsal həcminin artırılması ilə bağlı ikinci fazanın tikintisini nəzərdə tuturuq. Hazırda bununla bağlı maliyyələşmə məsələləri öz həllini tapmaq üzrədir. Daha bir yenilik ondan ibarətdir ki, 50 min ton külçə istehsalının 100 min tona qaldırılması ilə bağlı yaxın tarixlərdə - önümüzdəki aylarda tikinti işlərinə başlamağı düşünürük”.

Ən yüksək texnoloji, ekoloji və keyfiyyət standartlarına cavab verən bu ağır sənaye müəssisəsində ötən il 50 min ton külçə, 6 min ton isə alüminium yarımfabrikat məhsulları istehsal olunub.