Bu günə xəbərlərin oxunma sayı: 1507
— 19.09.2014 14:44

Qərb zonasının ən böyük idman təşkilatı TRİM-in Gəncə filialı yeni tədris ilində yeniliklərə imza atmağı planlaşdırır

Onlarla dünya və Avropa mükafatçıları yetişdirən idman ocağı yenə ölkə idmanına töhfələr verib, idmansevərləri  sevindirməyi qarşısına məqsəd qoyub. Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialı 8 hektar ərazidə yerləşir. Filial 3 korpus, 6 məşq zalı və 6 meydançadan ibarətdir. Yeni tədris ilində mərkəzdə idmançılar üçün əlverişli məşq şəraitinin yaradılması yönündə təmir-bərpa işləri aparılıb. Məqsəd maddi-texniki bazanın yaxşılaşdırılmasıdır. 

İdman məktəbini cari tədris ilində bir sıra yeniliklər gözləyir. Mərkəzin veb səhifəsinin təqdimatı və bir neçə idman növünün inkişafı məqsədilə Yaponiya səfirliyiylə işbirliyi bu yeniliklərin əsasını təşkil edir.

Bütün görülən işlər mərkəz yetirmələrinin istər daxili yarışlarda, istərəsə də beynəlxalq arenalarda uğurlu çıxışına hesablanan planın tərkib hissədir.

İdman məktəbində 12 idman növü üzrə 2500-dən çox uşaq, yeniyetmə və gənc idmanın sirlərini öyrənir. Bu qədər idmançıyla müxtəlif məşq qruplarında 161 məşqçi müəllim məşğul olur.

TRİM-in Gəncə filialı 1980-ci ildən fəaliyyət göstərir. Mərkəz qərb bölgəsinin ən böyük idman ocağı hesab edilir. 2012-ci ildə Toğrul Əsgərovun güləş üzrə Olimpiya çempionu olması isə idman məktəbinin nüfuzunu daha da artırıb.

Orxan Cəfərzadə