• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1264
— 30.05.2015 15:06

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə əlil uşaqlar tərəfindən tamaşa göstərilib

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə UAFA - Azərbaycana Birgə Yardım Təşkilatının Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin uşaqları tərəfindən tamaşa göstərilib. Gəncə Dövlət Dram Teatrında nümayiş olunan səhnə əsəri mərkəzdə reabilitasiyaya cəlb olunan əlil uşaqların sayca 15-ci tamaşasıdır. İndiyə qədər ciddi janrlara üstünlük verən balaca aktyorlar bu dəfə repertuarda yenilik ediblər. Xüsusi qayğıya ehtiyacı olan bu uşaqların iştirakı ilə teatr tamaşalarının hazırlanmasında əsas məqsəd onların cəmiyyətə inteqrasiyasını təmin etmək, əlilliyin hər hansı bir uğur üçün maneə olmadığı mesajını dünyaya çatdırmaqdır.

Qeyd edək ki, UAFA-nın 2004-cü ildən Gəncədə fəaliyyət göstərən bölməsinə indiyə qədər 800-dən çox əllil uşaq müraciət edib. Hazırda isə mərkəzdə 72 uşaq reabilitasiya kursu keçir.  

Rəzalə Abbasova- UAFA Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin koordinatoru: “Uşaqlar belə qərara gəldilər ki, bu dəfə özlərini komediya janrında sınasınlar. Seçim Ü.Hacıbəyovun "O olmasın, bu olsun" tamaşası üzərində oldu. Bugünkü tamaşada 8 uşaq rol alır. Onlardan 6-sı əsas, 2-si isə, epizodik rollarda oynayır”.