• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1264
— 30.05.2015 14:30

ADAU-da regionlarda əmək hüquqlarının təbliği və təşkili mövzusunda maarifləndirici seminar keçirilib

Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən regionlarda əmək hüquqlarının təbliği və təşkili mövzusunda maarifləndirici seminar keçirilib. Əsas məqsəd regionlarda yaşayan işçiləri əmək hüquqları haqqında maarifləndirmək, işəgötürənlə işçi arasında əmək münasibətləri və digər  məsələlərlə əlaqədar yaranan problemlərin qanunvericilik çərçivəsində həlli barədə məlumat vermək olub. Layihə Gəncə ilə yanaşı, İsmayıllı və Ağdaş rayonlarında da həyata keçirilib. Seminarda təlimçilər iştirakçılara əmək müqavilələrinin bağlanması qaydaları və bu sahə üzrə qanunvericilik haqqında da geniş məlumatlar veriblər. Seminar iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələrlə davam etdirilib.