• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2160
— 19.09.2014 14:59

Göygöldə 1941-45 abidə kompleksi yeni görkəm alır

Göygöl rayonunda quruculuq və abadlıq işləri çərçivəsində 1941-45 abidə kompleksi əsaslı şəkildə yenidən qurulur. Yeni layihəyə əsasən abidə müasir üslubda dəyişəcək, ətrafında yaşıllıqlar salınacaq. Kompleksin yenidən qurulması rayona gələn turistlərin də diqqətini cəlb edəcək. Çünki sözügedən abidə məhz turizm marşrutunun üzərində yerləşir. Azay Kazımov küçəsində aparılan yenidənqurma işlərinin vaxtında və kefiyyətlə başa çatdırılması üçün kifayət qədər işçi qüvvəsi ayrılıb. İşlərin bir ay ərzində çatdırılması planlaşdırılır.

Mirzə Məmmədov- Göygöl şəhər icra nümayəndəsi: “Kompleksdə əhalinin mədəni istirahətini təmin etmək üçün 3 böyük fəvvarə qurulur. Bundan başqa orada yeni oturacaqlar və gecə işıqlandırmaları olacaq. Dekorativ ağac və güllər əkilərək əhalinin istirahəti üçün maksimum şərait yaradılacaq”.