• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1112
— 30.05.2015 13:07

Gəncədən olan 65 nəfər əlil müalicə üçün sanatoriyalara göndəriləcək

Yay mövsümü ərzində Gəncədən 65 nəfər əlil müalicələrini davam etdirmək üçün respublikanın müxtəlif  sanatoriyalarına göndəriləcək. İyunun 1-dən başlanılacaq işlər mərhələli şəkildə həyata keçiriləcək.

Gəncə şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Sosial Məişət Xidməti Sektorundan verilən məlumata görə, sanatoriyalarda müalicə olunmaq üçün 83 nəfər qeydiyyata alınıb. Artıq 18 nəfər müalicə mərkəzlərinə göndərilib. Qeyd edək ki, xidmətdən yalnız birinci və ikinci qrup əlillər, həmçinin şəhid ailələri yararlana bilir. Yaşa görə əlilliyi olan vətəndaşlar isə bu xidmətdən istifadə edə bilmir.

Tamaşa Tağızadə- Gəncə şəhər ƏSMM-nin Sosial Məişət Xidməti Sektorunun müdiri: Kurort kartı deyilən arayış var. Əlil o arayışı gətirir, əlilliyini təstiq edən sənəd və kimliyin sürəti ilə müraciət edir. Biz onu qeydiyyata götürürük. Həkimin rəyi olmasa biz ona göndəriş verə bilmirik. Buradan televiziya vastəsi ilə ancaq əlillərə və şəhid ailələrinə demək istəyirəm ki, kim istəyirsə Şəkidə, Qəbələdə və Lənkəranda Palıdlı istirahət mərkəzləri var. Müraciət etsinlər 10 günlük istirahətə göndərək”.  

Ötən il Gəncə şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müalicəsini davam etdirmək üçün 110 nəfər müraciət edib ki, onların da əksəriyyəti əsəb və aşağı ətrafların müxtəlif xəstəliklərindən əziyyət çəkənlər olub. Müraciət edənlərdən 64 nəfəri respublikamızın müxtəlif sanatoriyalarına göndərilib.

Elnur Vahidoğlu