Bu günə xəbərlərin oxunma sayı: 814
— 30.05.2015 11:14

Tskan

Xəmir üçün:

Un - 3,5 st.

Süd - 2 x/q.

Yumurta - 1 ədəd

Su

Duz, istiot

İçlik üçün:

Soğan - 3 baş

Kartof  - 5 ədəd

File - 500 qr.

Yaşıl soğan

Şüyüd.

Sous üçün:

Süd - 2 st.

Yumurta - 3 ədəd

Bitki yağı - 0.5 st.

Hazırlanma qaydası: Əvvəlcə xəmiri yoğuracağımız qaba süd, un, yumurta, duz töküb, suyu yavaş-yavaş əlavə edib qulaq yumşaqlığında xəmir yoğururuq. Hazır xəmirin üstünü örtüb bir az dincəlməsi üçün kənara qoyuruq.

Xəmir özünə gəldiyi müddətdə içliyi hazırlayırıq. Bunun üçün əvvəlcə fileni və soğanı ət maşınından keçiririk, çiy kartofu samanvarı doğrayıb, üzərinə doğranmış göyərtiləri və duz, istiot vurub qarışdırıb içliyi də bir kənara qoyuruq.

Ən sonda sousu hazırlayırıq. Bunun üçün isə südün üzərinə yumurtanı və yağı töküb çəngəl vasitəsilə bir az çalırıq.

Tskanın hazırlanması üçün xəmirdən 8 kündə tutub bir-bir yayırıq. Yaydığımız xəmirləri bir-bir soba tavasına salıb üzərinə hazırladığımız sousdan yayırıq. 4 qat xəmir qoyduqdan sonra üzərinə içlik yayıb, eyni qayda ilə yerdə qalan 4 kündəni də içliyin üzərindən salırıq. Sonuncu yuxanın üzərinə sous yaxıb, küncüt və qaraçörəkotu səpib 150 dərəcə qızdırılmış sobada təxminən 1 saata yaxın bişiririk. Yemək süfrəyə isti halda təqdim edilir. Nuş olsun!