Bu günə xəbərlərin oxunma sayı: 1518
— 19.09.2014 14:54

Gəncə və ətraf rayonlarda fəaliyyət göstərən 60 mindən çox işçinin əmək müqaviləsi elektron-informasiya sisteminə daxil edilib

21 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin əhatə etdiyi Gəncə şəhəri ilə yanaşı Samux, Göygöl rayonlarda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların  ümumilikdə 60 mindən çox işçisinin əmək müqaviləsi elektron-informasiya sisteminə yerləşdirilib. Bildirək ki, bu proses Respublikada iyul ayının 1-dən tətbiq edilir.

21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin əməkdaşları tətbiq olunan yeniliklə bağlı idarə, müəssisə və təşkilatların kadrlar şöbəsinin işçilərinə maarifləndirici seminarlar keçirirlər. İndiyə kimi 10 bu cür seminarlar təşkil edilib.

Keçirilən seminarlar da Əmək müqaviləsi bildirişinin elektron-informasiya sisteminə daxil edilməsi nəticəsində qeyri-leqal əməyin qarşısının alınması, işçilərin gələcək sosial təminat hüquqlarının müdafiəsi, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarının artırılması üçün daha mükəmməl əsasın formalaşması barədə məlumatlar verilib. Məhz bunun nəticəsidir ki, istər fiziki şəxslər, istərsə də sənaye müəssisələrində indiyə kimi 60 mindən çox işçinin əmək müqaviləsi elektron-informasiya sisteminə daxil edilib.

Xəqani Səfərov- 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi: “Vaxt olub ki, insanlar 5-6 il bir müəssisədə işləyib, gəlib bizə müraciət edib ki, biz işləmişik sığortadan yayınıblar, əmək müqaviləsi bağlanmayıb. Hal-hazırda bu insanların mənafeyi qorunacaq. İş stajları həmin elektron-informasiya sisteminə yerləşdiriləcək və gələcəkdə heç kim başqa yollara əl ata bilməyəcək”.

Həmçinin  əmək müqaviləsi elektron-informasiya sisteminin şəffaflığının qorunması üçün  idarə, müəssisə və təşkilatlara məxfi kodlar verilir.  

Xəqani Səfərov- 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi: “Hər bir kəsə kod verilir. O kod əsasında işçinin  adı, soyadı elektron informasiyaya qoşulur. Qeyri-dövlət təşkilatları da, fiziki şəxslər də bu işdə fəaldılar, biz də onların hər bir işində köməklik göstəririk. Həftənin şənbə və bazar günlərində də insanlarla maarifləndirmə işləri aparırıq”.

Tətbiq olunan yenilik  oktyabırın 1-də başa çatacaq və ondan sonra idarə, müəssisə və  təşkilatlar da  Əmək müqaviləsinin bildirişinin elektron-informasiya sisteminə keçməsi Dövlət Əmək Müfəttişliyinin işçiləri tərəfindən yoxlanılacaq. Qanunu pozan təşkilatlar əmək məcəlləsinin müvafiq maddəsi ilə cərimələnəcək.

Elnur Vahidoğlu