• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3515
— 29.05.2015 11:26

Gəncədə məcburi köçkünlər üçün yeni salınan qəsəbədə fasadı penoplastla örtülən binaların üzlüyü dəyişdirilir

Kəlbəcər rayon Mədəniyyət evində işlərə 3 gündür başlanılıb və burada 15 nəfər çalışır. Ümümi sahəsi 2 min kv.m. olan 2 mərtəbəli binanın söküntü işləri başa çatıb. Binanın girişi, sağ və sol hissələri qranit mərmər, arxa hissəsi isə betonla suvanır.

Kəlbəcər rayon İcra Hakimiyyətinin 4 saylı Körpələr evi uşaq baxçasının binasında isə artıq iki gündür söküntü işləri aparılır. İki mərtəbəli binanın ümumi ərazisi 1500 kv.m.-dir. 12 nəfərin apardığı söküntü işləri 2 günə yekunlaşacaq. Sonra binanın üzü suvanaraq, rənglənəcək. İşlərin iyunda başa çatdırılması planlaşdırılır.