• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3359
— 28.05.2015 17:44

Güclü yağış Gəncənin bəzi ərazilərini işıqsız qoyub

Bu gün saat 18:00 radələrində Gəncədə güclü küləklə müşahidə olunan leysan yağışı yağıb. Bir neçə dəqiqə davam edən güclü yağışla əlaqədar şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. “Azərişıq” ASC-nin Gəncə Regional Nümayəndəliyindən verilən məlumata görə, elektirk enerjisində məhdudiyyət yaranmasına səbəb Şəmkir SES-də baş verən qəzadır. Leysan şəhərin küçə və prospektlərində avtomobillərin hərəkətini çətinləşdirib. Şəhərin müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçib.