• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1724
— 27.05.2015 13:26

“Aqrolizinq” ASC-nin Şəmkir Regional Nümayəndəliyi 2 min tondan artıq mineral gübrənin satışını həyata keçirib

KepezTV Player

“Aqrolizinq” ASC-nin Şəmkir Regional Nümayəndəliyi bu il ərzində 5 rayonun fermerlərinə 2 min tondan artıq mineral gübrənin satışını həyata keçirib. Kənd təsərrüfatı məhsullarının istehsalçıları mineral gübrələri 70%, herbisidləri isə 50% güzəştli şərtlərlə əldə edib. Hazırda fermerlər mövsümə uyğun olaraq taxıl sahələrində alaq otlarına qarşı geniş istifadə edilən 2.4 D amin duzuna maraq göstərirlər. Nümayəndəliyin anbarlarında 1800 tondan artıq gübrə və herbisid ehtiyatı var. 

Azər Əliyev -Aqrolizinq ASC-nin Şəmkir Regional Nümayəndəliyinin direktoru: "Hal-hazırda həmin gübrələrin satışı tərəfimizdən həyata keçirilir. Hər gün fermerlər gəlib heç bir çətinlik olmadan regional nümayəndəlikdən və ətraf rayonlarda olan tabeli aqroservislərdən alırlar".