• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1644
— 26.05.2015 14:46

Bu il Şəmkirin əkin sahələrində ciddi xəstəliklərə rast gəlinməyib

Şəmkirdə əkin sahələrində zərərvericilərə və xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər zamanı ərazidə ciddi xəstəliklərə rast gəlinməyib. Bu il rayonda heç bir sahədə karantin elan olunmayıb.

Bu il Şəmkirdə 17 500 hektar ərazidə dənli bitkilər əkilib. Yoluxma ehtimalı olan 130 hektar sahədə taxıl böcəyinə və xəstəliklərə qarşı dərmanlama işləri aparılıb. Rayon Bitki Mühafizə Mərkəzi tərəfindən 537 hektar üzüm bağında, 5600 hektar tərəvəz sahəsində, 200 hektara yaxın bostanda, kartof əkini aparılan 6 170 hektar ərazidə və 3 min hektar meyvə bağında profilaktik mübarizə tədbirləri aparılıb. Mərkəzin göstərişinə əsasən, hazırda zəmilərdə alaq otlarına qarşı dərmanlama işləri görülür.

Çingiz Süleymanov- Şəmkir rayon Bitki Mühafizə Mərkəzinin rəisi: "Havaların son zamanlarda yağmurlu keçməsi dənli bitkilər və digər sahələrə alaq otlarının sürətlə inkşaf etməsinə səbə olub. Buna qarşı sahələrdə herpisitlərlə mübarizə aparılıb. Yoxsa alaq otları sahələri basar və bu da məhsuldarlığın demək olar ki, 25% aşağı düşməsinə səbəb olar".

Rayon Bitki Mühafizə Mərkəzinin Çeyrançöl fond torpaqlarında bir neçə ildir apardığı mübarizə tədbirləri nəticəsində bu il həmin ərazidə Mərakeş çəyirtkələrinə rast gəlinməyib. Hazırda Mərkəz Gürcüstanla həmsərhəd bölgələrdə gəmiricilərin miqrasiyası ilə əlaqədar mütəmadi monitorinqlər aparır.

Xaliq Qurbanlı