• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1662
— 25.05.2015 13:16

Tovuzda yerkökü yığımı yekunlaşmaq üzrədir

KepezTV Player

Tovuzda yerkökü əsasən rayonun Kür çayı sahilində yerləşən kəndlərində becərilir. Məhsuldarlığı ilə seçilən bitkini daha çox Hunanlar və Bozalqanlı sakinləri əkir. Hazırda rayonda yerkökü yığımı yekunlaşmaq üzrədir. Ətraflı növbəti materialda...

Bu il məhsuldarlığın yüksək olması ucuzlaşmaya səbəb olub. Bol məhsul alıcıları kəndə cəlb etsə də, qiymətlər tsərrüfatçıları qane etmir. Noyabrda torpağa əkilən bitki may ayında yığılmağa başlayır. Yerkökü əsasən əl əməyi ilə yığılır. Sakinlər bildirirlər ki, yığım təzə başlanan zaman yerkökünün 1 kq-nın qiyməti 70-80 qəpik idisə, hazırda 30-35 qəpiyə satılır. Yağmurlu havalar da məhsula təsirsiz ötüşməyib.

Susevən bitki olan yerkökü torpaqdan çıxarılanda da yığım asan olsun deyə sahələrə su verilir. Xüsusi qablaşdırılımış qutularda ölkəmizə gətirilən yerkökü toxumları əsasən Rusiyadan alınır. Bazara çıxarmazdan əvvəl isə kəndlilər yerkökünü yaxşıca yuyurlar, məhsul təmiz halda avtomobillərə yığılaraq paytaxt və Rusiya bazarlarına göndərilir.

A vitamini ilə zəngin olan bu bitki gözün sağlamlığını, görmə gücünü artırır. Bundan başqa yerkökü şirəsinin köməyi ilə bəzi bədxassəli şişləri də yox etmək mümkündür.

Rahim İbrahimoğlu