• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2556
— 19.09.2014 09:39

Tovuz və Samuxda baş verən avtoqəzalarda 1 nəfər canından olub, 1 nəfər ağır yaralıdır

KepezTV Player

Tovuz və Samuxda baş verən avtoqəzalarda 1 nəfər canından olub, 1 nəfər ağır yaralıdır

 

Tovuz və Samuxda yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə bir nəfər dünyasını dəyişib, bir nəfər isə xəsarət alıb.

 

Tovuzda səhər saatlarında baş verən qəzada hərbi xidmətə getməyə hazırlaşan gənc dünyasını dəyişib. Hadisə rayonun Yuxarı Öysüzlü kəndi ərazisində baş verib. Çörək almaq üçün avtomobili ilə evdən çıxan 18 yaşlı kənd sakini Elvin Şirinov geri qayıdarkən qəza törədib. Hadisə şahidlərinin sözlərinə görə,"Vaz 21-011" markalı avtomobilin təkəri qəfildən partlayıb və sürücüidarəetməni itərərək maşını yol kənarındakı dirəyə çırpıb. Ağır avtoqəza nəticəsində başından xəsarət alan gənci Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırsalar da onun həyatını xilas etmək mümkün olmayıb.

 

Daha bir qəza isə Samux rayonu ərazisində qeydə alınıb. Rayonun Alabaşlı kənd sakini 53 yaşlı Elxan Mahmudov idarə etdiyi avtomobillə ağaca çırpılıb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan Elxan Mahmudov dərhal Samux Mərkəzi Rayon Xəstəxanasının təcili yardım maşını ilə Gəncə şəhər TTYX-nın travmatologiya şöbəsinə gətirilib.  Yaralıya dərhal lazımi tibbi yardım göstərilib. Həkimlərin bildirdiyinə görə, yaralı xəstəxanaya  daxil olarkən ağır formada sərxoş olub.     

 

Rafael Əsədov- travmatoloq: “Xəstə müayinə olunub. Sol dirsək nahiyəsinin sınığı, sol yuxarı ətrafın çoxsaylı sınığı və sıyrıqları ilə yardım olunub. Ətraf imobilizasiya olunub. Və hal-hazırda müalicəsi stasionar olaraq davam etdirilir”. 

 

Hər iki faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

 

Rahim İbrahimoğlu

Elton Cabbarlı