• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 6897
— 19.09.2014 09:43

Goranboyda yolu keçmək istəyən piyadanı maşın vurub

Goranboy rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində yolu keçmək istəyən piyada ağır bədən xəsarətləri alıb.

Ötən gün axşam saatlarında Goranboy rayonu, Şadlı kənd sakini 25 yaşlı Rüstəm Abbasov  ağır bədən xəsarətləri ilə Gəncə şəhər TTYX-a çatdırılıb. Yaralı dərhal cərrahiyyə əməliyyatı olunub və xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib.

Rafael Əsədov- travmatoloq: “Xəstə müayinə olunub. Sağ baldır sümüklərinin açıq, çoxqəlpəli sınıqları, sol budun əznikləri ilə hal-hazırda stasionarda müalicə olunur”.

Zərərçəkənin qardaşının  bildirdiyinə görə, hadisəni  həmkəndliləri Azər adlı şəxs idarə etdiyi “Vaz 2109” markalı avtomobillə  törədib.

Zərərçəkənin qardaşı: “Qəza “Vaz 2109” markalı avtomobillə  olub. Mübahisə ediblər. Necə olubsa bu adam geriyə dönüb maşınla gəlib vurub”. 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Elton Cabbarlı