• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4381
— 21.05.2015 13:38

Samuxda “Vergi uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi başa çatıb

12 saylı Ərazi Vergilər Departamentinin təşkilatçılığı ilə Samuxda “Vergi uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinə yekun vurulub. Müsabiqənin yekunlaşması ilə bağlı tədbirdə şagirdlərin vergi ilə bağlı hazırladıqları 30-a yaxın əl işi nümayiş etdirilib. Şagirdlər vergilər barədə müəllimlərindən və valideynlərindən öyrəndiklərini kağız üzərində əks etdiriblər.  Rəsmlər münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. Tədbirin davamında şagirdlərə vergi ilə bağlı suallar verilib. Məqsəd gələcəyin vergi ödəyiciləri olan uşaqların vergilər barədə maarifləndirilməsidir. Sonda rəsm müsabiqəsi və bilik yarışının qaliblərinə 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən fəxri fərman və təşəkkürnamələr təqdim edilib.