• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1353
— 21.05.2015 14:22

Gəncə şəhərinin park və küçələri abadlaşdırılır

Gəncədə sayca 7-ci park yenidən qurulur. Paralel olaraq, 5 küçədə də təmir-bərpa işləri aparılır.

Gəncənin Adil İsgəndərov küçəsində yerləşən Eminbəyli parkında abadlıq işləri yekunlaşmaq üzrədir. Ümumi ərazisi 2 ha olan parkda əhalinin rahat istirahəti üçün hər cür şərait yaradılır. 20 oturacaq qoyulub, parkın işıqlandırılması üçün 15 işıq dirəyi basdırılıb. Ərazidə 300-dən artıq Eldar şamı, 700-ə yaxın müxtəlif  gül kolları basdırılıb. Həmçinin parka gələnlərin avtomobillərini saxlaması üçün uzunluğu 30 metr, eni 3 metr olan dayanacaq da yaradılıb. Bundan başqa, uzunluğu 2 km olan Adil İsgəndərov küçəsində yolun hər iki tərəfinin bardürləri dəyişdirilib, evlərin üzü rənglənib.

Məharət Bayramov- sakin: “Uzun illərdir burada yaşayıram. Adil İsgəndərov küçəsi bərbad vəziyyətdə idi. Burada işıqlar yanmırdı. İnsanlar çətinliklə buradan keçirdi. Gözəl abadlıq işləri gedir. Hər cəhətdən razıyıq”.

Şahbaz Rzayev- sakin: Gözəl park salırlar. Uşaqlarla gəlib əylənirik. Bu şəraiti yaratdıqlarına görə çox minnətdarıq”.

Gəncənin Əli Nəzmi küçəsində də abadlıq işləri görülür. Ümumi uzunluğu 1 km olan küçədə 100-ə yaxın işıq dirəyi dəyişdirilib, qaz, telefon xətləri yenilənir. Vətəndaşların rahat hərəkəti üçün yeni səkilər salınır. 200 metr uzunluğunda bardür yenilənib. Abadlıq işləri şəhərin digər küçələrini də əhatə edir.

Xəqani Səfərov- iş nəzarətçisi: “Əziz Əliyev, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov küçələrində və burada abadlıq işləri gedir. Yolların genişlənməsi üçün lazımsız tikililər sökülür. Piyadalar üçün ayrıca yollar da salınır ki, vətəndaşlarımız rahat hərəkət etsinlər”.

Abadlıq işlərinin yekununda Əli Nəzmi küçəsinin asfalt örtüyü tamamilə yenilənəcək.

Elnur Vahidoğlu