• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 856
— 21.05.2015 13:12

Samuxda taxıl biçininə hazırlıq işləri aparılır

KepezTV Player

Qərb bölgəsinin taxılçıları məhsul yığımı kampaniyasına hazırlaşırlar. Samux Ərazi Kənd Təsərrüfatı idarəsindən verilən məlumata görə, sahələrdən bol məhsul gözlənilir. Biçinin vaxtında başa çatdırılması üçün yeni texnikalar da gətirilib.

Bu il Ərazi Kənd Təsərrüfatı İdarəsinin əhatə etdiyi rayonlarda ümumilikdə  48 min 189 hektar sahədə məhsul yetişdirilir. Taxıl əkini sahələrinin 22 min 155 hektarı buğda, 26 min 35 hektarı isə arpadır. Taxılçılar bu il sahələrdən bol məhsul gözləyirlər.  

Adil Kərimzadə- Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin bitkiçilik məsələləri üzrə baş məsləhətçisi: "Əkilmiş taxılların vəziyyəti havaların yağıntılı keçməsi ilə əlaqədar çox yaxşıdır. Bu il ümumiyyətlə havaların yağıntılı keçməsi taxılın inkişafına müsbət təsir edib. Biz bu il taxıldan yüksək məhsul gözləyirik".

Hazırda rayonlarda taxıl biçininə hazırlıq işləri aparılır. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün kombaynlar və biçilən məhsulu daşıyacaq texnika hazırlanır, yol və keçidlər qaydaya salınır. Bu mövsümdə zəmilərə 186 kombayn çıxarılacaq ki, onlardan da 24 ədədi yenidir.  

Adil Kərimzadə- Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin bitkiçilik məsələləri üzrə baş məsləhətçisi: "Son illər demək olar ki, taxıl biçini kampaniyasında olan çətinliklər, kombayn çatışmazlıqları aradan qaldırılıb. Respublikamıza kifayət qədər kənd təsərrüfatı texnikası, o cümlədən kombayn gətirilib".

Qeyd edək ki, biçinə iyun ayının 10-dan sonra başlanılacaq.

Gülnar Fazilqızı