• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1787
— 21.05.2015 11:03

Şəmkirdə 1500-ə yaxın məzun ali məktəbə sənəd verib

Bu il Şəmkirin orta məktəblərindən 2292 şagird məzun olacaq. 9-cu sinfi bitirənlərin sayı isə 2495 olacaq. Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, buraxılış siniflərinin mərkəzləşmiş qaydada imtahan verməsi üçün 6 mərkəz yaradılıb. Bunlardan 3-ü rayon mərkəzində, digərləri isə kənd və qəsəbələrdə olacaq. Rayon üzrə orta məktəbləri bu il bitirəcək şagirdlərdən 1500-ə yaxını müxtəlif ixtisas qrupları üzrə ali məktəblərə sənəd verib. Əvvəlki illərlə müqayisədə bu il qəbul imtahanlarına sənəd verənlərin sayı çoxdur.

Cəlal Hüseynov- Şəmkir Rayon Təhsil Şöbəsinin müdir müavini: “Potensiallar ildən-ilə artmaqdadır. Hər il qəbulun nəticələri bunu deməyə əsas verir. Məsələn ötən dərs ilinin yekunlarına görə ilk dəfə olaraq bir məzunumuz prezident təqaüdünə layiq görülüb. Çox güman ki, bu il də eyni uğurlar artıqlaması ilə təsdiqlənəcək”.