• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 893
— 21.05.2015 11:10

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Şəmkirdə vətəndaşları qəbul edib

Görüşdə Qazax, Ağstafa, Şəmkir və Samux rayonlarının 50-yə yaxın sakini iştirak edib. Vətəndaşların xidmətə qəbul, sərhədboyu zonada fəaliyyət göstərən fermer təsərrüfatlarının problemləri, tibbi yardım göstərilməsi,  səhrhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli  və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.  Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Digər müraciətlərin isə hərtəfəli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələrinə konkret tapşırlar verilib. Qurumun səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatırılması üçün qeydiyyata alınıb.