• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2156
— 20.05.2015 16:22

Gəncədə yerləşən bir sıra təhsil ocaqlarının əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulub

"2015-2018-ci il üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin  əsaslı şəkildə təmiri və yenidən qurulması" ilə bağlı təsdiq olunan dövlət proqramına uyğun olaraq respublikada bir sıra tədris müəssisələrinin əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulub. Gəncədə yerləşən bir sıra təhsil ocaqları da dövlət proqramına salınıb.

Uzun müddətdir təmirə ehtiyacı olan Gəncə Humanitar və Texniki Kollecləri də müasir tələblər səviyyəsində tələbələrin ixtiyarına veriləcək. 2500-ə yaxın tələbə kontingenti olan Gəncə Humanitar Kollecində tədrisin keyfiyyətinin daha da yüksəldilməsi üçün bina əsaslı şəkildə yenilənəcək.

Sahibə Nəzərova- Gəncə Humanitar Kollecinin tədris işləri üzrə prorektoru: "Bu il istilik xətləri çəkildi. Yeni tədris ilindən artıq istifadəyə veriləcək. Akt zalı, idman zalı təmir olunub. Dəhlizlər təmir olunub. Üzümüzə gələn tədris ili istəyirik ki, daha yaxşı təmir olunsun".

Təmirə ehtiyacı olan digər tədris müəssisəsi isə Gəncə Texniki Kollecidir. Hazırda Təhsil Nazirliyinin xətti ilə kollecin idman zalında təmir işləri aparılıb.

Eldar Əsgərov- Gəncə Texniki Kollecinin direktoru: "Təmirə böyük ehtiyacımız var. İstər fənn kabinələri, istərsə də tədris korpuslarının özü. Təhsil Nazirliyinin xətti ilə 2015-2018- ci il üzrə dövlət proqramına salınıb, ancaq müəyyən səbəblərdən hələ yubanır".

Hər iki təhsil ocağının 2018-ci ilədək tam təmir olunaraq, müəllim və tələbələrin ixtiyarına verilməsi  nəzərdə tutulur.