• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2154
— 20.05.2015 16:21

Gəncə şəhər Səhiyyə İdarəsində Pediatriyanın Aktual Problemləri mövzusunda elmi konfrans keçirilib

Səhiyyə idarəsinin təşəbbüsü ilə təşkil olunan konfransda, Gəncənin səhiyyə ocaqlarında fəaliyyət göstərən pediatorlar və Azərbaycan Dövlət Həkimlərin Təkminləşdirmə İnstitutunun əməkdaşları iştirak ediblər. Konfransın keçirilməsində əsas məqsəd, yeni doğulan körpələrin düzgün qidalandırılması və körpələr üçün ana südünün nə dərəcədə vacib və əhəmiyyətli olduğunu təbliğ etmək olub. Bu məqsədlə Həkimlərin Təkminləşdirmə İnstitutundan dəvət olunan həkim mütəxəssislər çıxış edərək körpələrin sağlam böyüməsi üçün əvəzsiz qida olan ana südünün pediatorlar tərəfindən geniş təbliğinin əhəmiyyətinə diqqət çəkiblər. Müxtəlif növ uşaq qidalarının ana südünü əvəz etmədiyi vurğulanıb. Bu sahədə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də hər il bir sıra tədbirlərin həyata keçirildiyi konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Konfransın davamında  həkimlər  mövzu ətrafında müzakirələr aparıblar.